Separatçılara qoşulan azərbaycanlı həbs olundu - FOTO

2-05-2016, 16:56           

Ukrayna rəsmləri mayın 1-də “Donetsk Xalq Respublikası”nın silahlı dəstələrində xidmət edən 9 nəfərin həbsi barədə məlumat yayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həbs olunanlar arasında 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının da olduğu bildirilir.

Donetsk vilayətinin polis idarəsinin rəisi Vyaçeslav Abroskin həbs olunan azərbaycanlının Slavyansk şəhərində yaşadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı 2014-cü ilin aprel-may aylarında separatçıların əlində olan Slavyanskda patrul kimi fəaliyyət göstərib və “Donetsk Xalq Respublikası”nın sıralarında vuruşub. Onun barəsində saxlanma qərarı mçıxarılıb və barəsində istintaq başladılıb.

Vyaçeslav Abroskin saxlanılan 9 nəfərə, o cümlədən Azərbaycan vətəndaşının kimliyini açıqlamaqdan imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru