Meksikada məşhur müğənni güllələnib

Bu gün, 16:28           
Meksikada məşhur müğənni güllələnib
"Eniqma Nortenyo" musiqi qrupunun qurucusu olan müğənni Ernesto Baraxas Meksikanın qərbində yerləşən Xalisko ştatında naməlum şəxslər tərəfindən güllələnib.

Bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl ifaçı yerli karteldən təhdidlər alıb. 2023-cü ildə onun qrupunun konserti ulduzun həyatı üçün təhlükə səbəbindən ləğv edilib.

İlkin məlumatlara görə, Baraxas adı açıqlanmayan digər kişi ilə birlikdə avtomobilə minmək istəyərkən silahlı hücum zamanı öldürülüb. Hazırda polis araşdırma aparır.

"Eniqma Nortenyo" qrupu 2004-cü ildə yaradılıb. Son illər, xüsusilə ABŞ-də tanınıb və uğurlar qazanıb. Qrupun mahnıları radioda səslənib.

Qrupun rəsmi sosial şəbəkəsində bir milyondan çox izləyicisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru