AĞ EVDƏ YAYILAN FOTO QALMAQAL YARATDI - Ukrayna rəsmiləri həqiqəti açıqladı

Bu gün, 16:34           
AĞ EVDƏ YAYILAN FOTO QALMAQAL YARATDI -
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtondakı görüşü zamanı sosial mediada paylaşılan bir foto böyük müzakirələrə səbəb olub.

Paylaşımda Trampın Avropa liderlərini Ağ Evdə qapıda gözlətdiyi iddia olunub.

"X" platformasında yayılan görüntüdə Almaniya, Fransa, Böyük Britaniya və Finlandiya liderləri, eləcə də NATO və Avropa Komissiyası rəhbərlərinin dəhlizdə oturaraq gözlədiyi göstərilib.

Lakin tezliklə fotonun şübhəli detallara malik olduğu ortaya çıxıb.

Oturanlardan daha çox ayaqqabı görünməsi, Emmanuel Makronun yanında yalnız ayaqların təsvir olunması, eyni zamanda zirvədə cəmi iki qadın lider olduğu halda görüntüdə üç qadının yer alması və onların geyimlərinin rəsmi tədbir fotoları ilə uyğun gəlməməsi diqqət çəkib.

Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzi qısa müddətdə açıqlama yayaraq fotonun saxta olduğunu təsdiqləyib.

“Avropa liderlərinin Trampın qəbuluna Oval Ofis yaxınlığında sıraya düzülərək gözlədiyini göstərən foto saxtadır və internetdə yayılır", -deyə açıqlamada qeyd olunub.

Qurum bildirib ki, görüntü süni intellektlə hazırlanıb və Rusiyanın təbliğat məqsədilə – Avropa liderlərini nüfuzdan salmaq, onların danışıqlardakı rolunu kiçiltmək üçün paylaşılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru