Dünyanın sevimlisi 5 yaşlı Mürtəza və ailəsi Pakistana qaçdı - VİDEO

4-05-2016, 13:50           

FaktXəbər-in məlumatına görə, neylon paketdən düzəltdiyi Messi forması küçədə futbol oynayan 5 yaşlı Mürtəza Əhmədi ailəsi ilə birlikdə Pakistana qaçmağa məcbur olub.

BBC-yə açıqlama verən Mürtəza Əhmədinin atası bildirib ki, ailəlikcə təhdid olunurduq ona görə də ölkəni tərk etmək məcburiyyətində qaldıq. Bizdən tez-tez pul tələb edirdilər. Sürətlə məşhurlaşan kiçik Mürtəzanın qaçırılmasından qorxduğumuz üçün belə qərar verdik.

Neylon Messi forması ilə dünyanın sevimlisinə çevirilən 5 yaşlı əfqanıstanlı uşaq, Messinin də diqqətini çəkməyi bacarmışdı. UNICEF-in də məsələyə qarışması ilə Messinin imzaladığı forma ona verilmişdi. Futbolçu 10 nömrəli Argentina formasını imzalayaraq əfqan uşağa göndərmişdi.
[media=https://www.youtube.com/watch?v=SGEheVq6FU0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru