Putin 6 generalı işdən çıxarıb - Britaniya kəşfiyyatı

26-08-2022, 11:54           
Putin 6 generalı işdən çıxarıb -
Rusiya Müdafiə naziri Sergey Şoyqunun “xüsusi əməliyyat”ın sürətinin bilərəkdən ləngiməsi ilə bağlı bəyanatı dezinformasiyadır.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı bildirib.

“Rusiyanın hücumu əməliyyatlarda cüzi uğur qazanması və Ukraynanın şiddətli müqaviməti səbəbindən dayanıb. Şoyqunun göstərişi ilə Ukraynada döyüşən Rusiya qüvvələri planlaşdırılmış əməliyyat müddətini dəfələrlə pozublar”, - Britaniya kəşfiyyatından bildiriblər.

Həmçinin Britaniya Müdafiə Nazirliyi bildirir ki, çox güman ki, Şoyqu və Rusiya Prezidenti Vladimir Putin kifayət qədər sürətlə irəliləmədikləri üçün ən azı altı generalı işdən çıxarıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru