Məhv edilmişlər, yaralılar və fərarilər... - Britaniya Rusiyanın Ukraynadakı itkiləri barədə

27-08-2022, 08:29           
Məhv edilmişlər, yaralılar və fərarilər... -
Ukraynaya tammiqyaslı təcavüz vaxtı Rusiyanın itkiləri 80 mindən artıq olub.

Ukraynadakı itkilərin ümumi sayına məhv edilmişlər, yaralılar və fərarilər daxildir. Bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib («The Guardian»).

«Biz, Rusiyanın itkiləri barədə məlumatda silahlı qüvvələrdə əsasən altı ayda həlak olmuşların, yaralanmışların və fərarilərin sayını birləşdirməklə əldə olunan rəqəmi - 80 mindən artıq adamı nəzərə alırıq. Amma müqayisə üçün bildiririk ki, Əfqanıstanda ruslar 10 ildə 15 min hərbçi itiriblər» - nazir qeyd edib.

Məmur əlavə edib ki, Britaniya kəşfiyyatının məlumatına görə, rusların irəliləməsini Ukrayna dövlətində həftə ərzində metrlə ölçmək olar. «Mən, öz kəşfiyyat rəislərimlə bu gün səhər danışmışam - çıxış etməzdən əvvəl, siz bilirsinizmi, Rusiyanın irəliləməsini həftə ərzində millərlə yox, metrlərlə ölçmək olar…» - nazir əlavə edib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru