Qərbin Rusiya qızılına embarqo qoymasından sonra Rusiyadan Çinə bu ilin iyul ayında qızıl ixracı iyuna nisbətən 8,6 dəfə artaraq 108,8 milyon dollar təşkil edib.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, bu ilin iyun ayında Rusiyadan Çinə 12,2 milyon dollarlıq qızıl ixrac edilib. Ötən ilin iyul ayı ilə müqayisədə (2,2 milyon dollar) bu ilin iyul ayında Rusiyadan Çinə qızıl ixracı 50 dəfə artıb.