Rusiyada meşə yanğını 19 min 280 hektara yayıldı 28-08-2022, 00:09 Rusiyanın paytaxtı Moskvadan təxminən 200 kilometr cənubda yerləşən Ryazan bölgəsində başlayan meşə yanğınları davam edir.Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, meşə yanğınlarında 19 min 280 hektar sahə külə qərq olub.Alovlara 10 minə yaxın şəxsi heyət, 20-yə yaxın hava və yüzlərlə quru texnikası ilə müdaxilə edilir.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə bölgədə fövqəladə vəziyyət elan edilib. Facebook-da paylaş