Böyük Britaniya Ukraynaya 6 sualtı dron göndərəcək

28-08-2022, 00:02           
Böyük Britaniya Ukraynaya 6 sualtı dron göndərəcək
Böyük Britaniya Ukraynaya sahil xətti boyunca minaların təmizlənməsinə kömək etmək üçün 6 sualtı dron verəcək.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda İngiltərə Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, dronların sahil zolağında Rusiya minalarını aşkar edib təmizləmək və taxıl daşınmasının daha təhlükəsiz olmasına kömək etmək üçün göndəriləcəyi qeyd edilib.

Bəyanatda o da bildirilib ki, ukraynalı personala dronlardan istifadə üzrə təlim keçiriləcək.

İngiltərə müdafiə naziri Ben Uolles "Rusiyanın dünyanın ərzaq təminatını təhdid etmək cəhdlərinə imkan verilməməlidir. Bu həyati vacib avadanlıq və təlim Ukraynaya öz sularının təhlükəsizliyini qorumağa kömək edəcək, dünyaya taxıl axınını asanlaşdıracaq, sahil xəttini və limanlarını müdafiə etmək istəyən Ukrayna Silahlı Qüvvələrinə dəstək verəcək", bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru