Nigeriyada ağdərililərin yer aldığı reklamlar qadağan olundu

28-08-2022, 12:25           
Nigeriyada ağdərililərin yer aldığı reklamlar qadağan olundu
Nigeriya dünyada əcnəbi aktyorların reklam çarxlarında və səs yazılarında rol almasını qadağan edən ilk ölkə olub.

Hazırda ölkədə İngilis ləhcəli ağ modellər olduqca populyardır.

Yeni qayda oktyabrda qüvvəyə minəcək. Qərar yerli peşəkarları dəstəkləmək üçün hazırlanıb.

“10-20 il əvvəl çəkilən reklam çarxlarının yarısında əcnəbilər yer alıb, bütün səslər ingilis ləhcəsi ilə səsləndirilib. Biz 200 milyona yaxınıq. İndi reklama çəkmək üçün yerli model tapa bilmirsiniz?”, - deyə Nigeriya Reklam Agentlikləri Assosiasiyasının prezidenti Stiv Babaeko bildirib.

Onun sözlərinə görə, ölkədə “intibah” yaşanır və gənclərdə milli qürur hissi formalaşıb. Buna görə də cəmiyyət əcnəbilərlə reklamlara mənfi reaksiya verir. Babaeko yeni qadağanın Nigeriyanın milli maraqlarına uyğun olduğunu qeyd edib.

Mənbə: knife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru