Bolqarıstan “Qazprom”la yeni müqavilə üzrə danışıqlardan imtina edib

28-08-2022, 13:33           
Bolqarıstan “Qazprom”la yeni müqavilə üzrə danışıqlardan imtina edib
Bolqarıstan hələlik "Qazprom"la yeni müqavilə ilə bağlı danışıqlara getmir.

Bunu Bolqarıstan Baş nazirinin iqtisadi siyasət üzrə müavini Xristo Aleksiev deyib.

Onun sözlərinə görə, rəsmi Sofiya hesab edir ki, belə bir qərarı müvəqqəti hökumət qəbul etməməlidir.

Qeyd olunub ki, əvvəlcə Bolqarıstanda mayeləşdirilmiş təbii qazın uzunmüddətli tədarükü üçün beynəlxalq tender elan ediləcək və müqavilənin bağlanması qərarını yeni hökumət verəcək.

Xatırladaq ki, aprel ayında Bolqarıstan Rusiya qazı üçün rublla ödənişlərə keçməkdən imtina etmişdi və nəticədə “Qazprom” ölkəyə tədarükləri dayandırıb. Bundan sonra ölkə alternativ təchizatçılar tapmağı planlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru