Ukrayna Krımın uzaq nöqtəsində yerləşən rusların hərbi bazasını vurdu VİDEO

29-08-2022, 10:15           
Ukrayna Krımın uzaq nöqtəsində yerləşən rusların hərbi bazasını vurdu VİDEO
Ukrayna Silahlı Qüvvələri Krımın Fiolent burnu yaxınlığındakı bir rus hərbi bazasına raket zərbəsi endiriblər.
Partlayışlardan sonra ruslar hərbi bazanı tərk edib. Hazırda hərbi bazanı yanğın bürüyüb.
Yerli sakinlərin bildirdiyinə görə, getdikcə böyüyən yanğın artıq bir neçə saat davam edir.
Məlumatın rəsmi təsdiqini gözləyirik.
Qeyd edək ki, Fiolent burnu Krım yarımadasının cənub-qərb hissəsinin uzaq məsafəsində yerləşir. Əgər bu fakt təsdiqlənərsə, belə anlaşılacaq ki, Ukrayna Ordusu Krımın hər tərəfini vurmaq imkanına malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru