İraq şiələrinin lideri Müqtəda əs-Sədr siyasi karyerasından istefa verib
29-08-2022, 17:06
İraq şiələrinin lideri Müqtəda əs-Sədr siyasi karyerasından istefa verib
İraq şiələrinin lideri Müqtəda əs-Sədr siyasi karyerasından istefa verdiyini açıqlayıb.
Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, o, bütün şəxsi ofislərini bağladığını söyləyib.
Qeyd edək ki, İraqdakı Müqtəda Sədr tərəfdarları Bağdaddakı Prezident Sarayına daxil olublar. Bu aksiya səbəbindən komendant saatı elan edilib.
Xatırladaq ki, Şiə Koordinasiya Çərçivəsi tərəfdarları "dövlət və konstitusiyanın qorunması" səbəbi ilə Yaşıl Zona qapısında oturaq aksiyalarını davam etdirirlər.