Rusiya ordusu hər gün müxtəlif kalibrli artilleriyadan 40-50 min atəş açır – Podolyak

30-08-2022, 08:33           
Rusiya ordusu hər gün müxtəlif kalibrli artilleriyadan 40-50 min atəş açır – Podolyak
Ukrayna Silahlı Qüvvələri işğalçıların Donbasda irəliləməsini yavaşıda biliblər, baxmayaraq ki, Rusiya ordusu gündəlik müxtəlif kalibrli artilleriyadan 40-50 min atəş açır.

Bu barədə Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Finlandiyanın «Helsingin Sanomat» nəşrinə müsahibəsində danışıb («UNİAN»).

«Müharibə dördüncü mərhələyə keçib. Rusiya Ukraynaya maksimum sayda texnika və insanlar gətirib. Onlar artilleriya müharibəsi aparırlar və onu qışa qədər davam etdirmək istəyirlər» - o, deyib və əlavə edib ki, Rusiya Avropanı enerji daşıyıcıları defisiti ilə əldən salmağa cəhd edir ki, Avropa Ukraynaya kömək etməkdən yorulsun.

Müşavir həm də qeyd edib ki, cənubda Ukraynanın əks-hücumu proqress edir. «Biz, çalışırıq ki, rusiyalıların logistikasını və idarəetmə mövqelərini effektli şəkildə məhv edək. Bizim məqsədimiz onların tədarükünü mürəkkəbləşdirmək və qışa qədər geri çəkilməyə məcbur etməkdən ibarətdir» - o, deyib.

Bu zaman o, qeyd edib ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya müasir silahlar, xüsusilə də hava-hücumundan müdafiə sistemləri lazımdır. Bunlardan ötrü Ukrayna hakimiyyəti xarici dövlətlərin hökumətlərinə müraciət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru