Səudiyyə qərarını açıqladı, neftin qiyməti düşdü

11-05-2016, 22:55           
Səudiyyə qərarını açıqladı, neftin qiyməti düşdü
Dünyanın ən böyük neft şirkəti “Saudi Aromco” icra heyətinin rəhbəri Amin Nasirin neft hasilatını artıracaqlarını bəyan etməsindən sonra “qara qızıl”ın qiyməti enməyə başlayıb.ANS PRESS-in məlumatına görə, dünya bazarında Brent neftinin bir barrelinin qiyməti 44 dollardan aşağı düşüb.

“Hər nə qədər mövcud şərtlər çətinliklərlə dolu olsa da hasilatı artırmağa və böyüməyə davam edəcəyik”, – deyə Səudiyyə Ərəbistanı şirkəti “Aramco”nun rəsmisi Nasir Amin şirkətin son qərarını açıqlayıb.

Hazırda Brent markalı neft qlobal iqtisadiyyatda inkişaf qayğıları və bazarda məhsul artıqlığı narahatçılığndan dolayı 2014-cü ildəki 103 dollarlıq qiyməti ilə müqaisədə 56% dəyər itirib.

Aralarında Rusiya və Səudiyə Ərəbistanı da olmaqla zəngin neft ölkələri, hasilatı dondurmaq yollarını axtarsa da OPEC ölkələri arasında bir razılıq əldə edilməməsi səbəbindən indiyə qədər heç bir addım atılmayıb.

Nasir Amin şirkətin Zahrandakı mərkəzinə jurnalistləri toplayaraq “Aramco”nun bəzi hissələrinin satışa çıxarıldığı barədə də məlumat verib.

Nasir səhmlərin satışında bir az gecikmələrin olduğunu, lakin zamanın tələbinə uyğun bir addım atdıqlarını da diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanı ötən ay ölkə iqtisadiyyatının 2030-cu ilə qədər moderinizasiyasını və neft ilə qazdan aslılığı azaltmağın qarşıda duran vacib məslələrdən biri olduğunu açıqlayıb.

2 trilyon dollardan artıq qiymətləndirilən şirkətin səhmlərinin 5%-i satışa çıxarılıb . “Aramco”nun ümüumi dəyəri isə “Apple” dan 4 dəfə baha qiymətləndirlir. Səudiyyə Ərəbistanı gəlirlərinin 90%-ni neft və qaz satışından əldə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.