Gələn ildən bəzi dərmanları pulsuz almaq mümkün olacaq VİDEO

Bu gün, 10:08           
Gələn ildən bəzi dərmanları pulsuz almaq mümkün olacaq  VİDEO
Gələn ildən bəzi dərmanlar sığorta hesabına veriləcək.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Sevil Əliyevanın sözlərinə görə, xidmət elektron resept əsasında həyata keçiriləcək. Vətəndaşlar agentliyin müqavilə bağladığı özəl apteklərdən birinə yaxınlaşaraq həmin dərmanları ala biləcəklər.

O da qeyd olunub ki, özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar asanlıqla tapa bilsinlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru