Aİ ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları alacaq

Bu gün, 11:07           
Aİ ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları alacaq
Avropa İttifaqı (Aİ) ABŞ ilə qəbul edilən birgə bəyanatda Birləşmiş Ştatlardan ümumilikdə 750 milyard dollar dəyərində enerji daşıyıcıları idxal etmək və Amerika iqtisadiyyatına daha 600 milyard dollar investisiya qoymaq niyyətini təsdiqləyib.
Bunu ABŞ-nin ticarət naziri Hovard Latnik "X" sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, Aİ ölkələri 2028-ci ilə qədər ABŞ-dən LNG (mayeləşdirilmiş təbii qaz), neft və nüvə enerjisi məhsulları almaq niyyətindədirlər.

Bundan əlavə, Avropa ölkələri Amerika istehsalçılarından süni intellekt texnologiyaları üçün məlumatların emalı mərkəzləri üçün çiplər alacaqlar.

O qeyd edib ki, Avropa İttifaqı texnologiya sızmasının qarşısını almaq və Amerika hərbi texnikasının idxalını artırmaq üçün tədbirlər görməyə öhdəliyini götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru