Dünya Atletika Assosiasiyasından qadınlar üçün məcburi gender testi
Bu gün, 15:08
Dünya Atletika Assosiasiyası qadınlar üçün məcburi gender testini tətbiq edib. Bu testdən keçməyənlər qadınlar arasında keçirilən yarışlara buraxılmayacaqlar.
Bu barədə Sport.pl məlumat verir.
Polşanın yüngül atletika üzrə milli komandasının həkimi Yaroslav Krjivanski deyib:
"Ümumiyyətlə, belə testlərin olması yaxşı haldır. "O, kişiyə uduzdu" kimi müzakirələr dayanacaq. İdmançıların problem yaşamaması üçün testlər lazımdır".
Qeyd olunur ki, bir çox polşalı idmançı sentyabrda Tokioda keçiriləcək dünya çempionatında iştiraka icazə almaq üçün artıq cinsini təsdiqləməyə qərar veriblər.