Sudan gələn gəlir azalıb, yük isə çoxalıb

Bu gün, 10:34           
Sudan gələn gəlir azalıb, yük isə çoxalıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycan dəniz nəqliyyatı vasitəsilə ixrac siyahısında olan ölkələrə 111 min 974,53 ton mal göndərib.

Ötən ilin eyni dövründə bu göstərici 46 min 336,57 ton olub.

Beləliklə, dəniz nəqliyyatı ilə ixrac olunan malların həcmi əvvəlki illə müqayisədə 65 min 637,96 ton və ya təxminən 2,4 dəfə artıb.

Cari ilin ilk 7 ayında dəniz nəqliyyatı ilə ixracdan əldə olunan gəlir isə 64.010,36 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 67.425,74 min ABŞ dolları olub. Beləliklə, ixrac gəlirləri 3 milyon 415,38 min dolları, təxminən 5,1% azalıb.

Dəniz nəqliyyatı ilə ixrac olunan malların həcmi artsa da, bu sahədən əldə olunan gəlirlər azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru