"Dünyanın ən ədalətli hakimi"nin nə qədər sərvəti var idi?
Bu gün, 12:14
"Dünyanın ən mərhəmətli hakimi" kimi tanınan Frank Kaprio həyatının 38 ilini hakimlik edərək, karyerasını qurub.
Valyuta.az xəbər verir ki, xarici mənbələr onun sərvətini təxminən 5 milyon ABŞ dolları olaraq qiymətləndirirlər.
Bu sərvətin əsas mənbələri televiziyadan əldə edilən yayım haqları, sosial media fəaliyyətləri və ictimai nüfuzdan qaynaqlanan əməkdaşlıqlardır.
Frank Kaprionun “Caught in Providence” adlı verilişi əvvəlcə PEG (ictimai, təhsil və dövlət yayımı) televiziyasında yayımlanıb, sonradan ABC-yə bağlı WLNE-TV tərəfindən efirə verilib və 2018-ci ildə Debmar-Mercury şirkəti tərəfindən milli səviyyədə yayılmağa başlayıb. Bu yayım hüquqları və müəllif gəlirləri illər ərzində Kaprionun sərvətinin əsasını təşkil edib.
"Hafi Analytics" platformasının hesablamalarına görə, Kaprionun sosial media təsiri üzərindən illik gəliri 379-512 min dollar, aylıq isə təxminən 33–45 min dollar arasında olub.