Müsəlmanların İslam Alimi Kimi Qələmə Vermək İstədiyi, Lakin Müsəlman Olmayan Elm Adamları.
Bu gün, 10:04

Tarixdə bir çox elm adamı İslam dövlətlərinin ərazisində doğulmuş, müsəlman mədəniyyətində yaşamışdır. Lakin onların bəzilərinin düşüncələri və elmi nəticələri İslamın əsas inanclarına zidd olmuş, buna görə də dövrlərinin din xadimləri tərəfindən “kafir” damğası ilə yad edilmişdir. Buna baxmayaraq, bu alimlər müasir dövrdə bəzi müsəlmanlar tərəfindən “İslam alimləri” kimi təqdim edilir. Bu yazıda Məhəmməd ibn Musa əl-Xarəzmi və İbn Sina nümunəsində bu həqiqət tarixi sübutlarla izah olunur.
1. Əl-Xarəzmi – Riyaziyyatın Atası və Qurana Zidd Elm
Doğulduğu yer: Xorəzm (Abbasi xilafəti ərazisi)
Əl-Xarəzmi riyaziyyat elmini sistemləşdirən şəxsdir. Onun əsərlərində yalnız riyaziyyat, astronomiya, coğrafiya mövzuları yer alır, Qurandan sitatlar və dini izahlar isə yoxdur.
Qurana və Məhəmmədin dediklərinə ziddiyyətlər:
Yer və göyün quruluşu: Yer kürəsinin ölçülməsini və sferik trigonometrik hesablamaları tətbiq etmişdir. Halbuki Quranda yerin “düz” və “sabit” təsvirləri mövcuddur.
Ulduzların mövqeyi: Astronomiya hesablamaları Qurandakı bəzi səma təsvirləri ilə uzlaşmırdı.
Təqvim və zaman ölçüsü: Günəş ili üzərindən aparılan dəqiq hesablamalar Məhəmmədin ay təqviminə əsaslanan vaxt anlayışına uyğun deyildi.
Kafir damğası: Əl-Xarəzmi haqqında açıq “kafir” fətvası verilməsə də, bəzi din alimləri onu “dünya işlərinə aludə olub Quran elmlərindən uzaqlaşan” biri kimi qınayırdılar. Bu, o dövrdə “imanı zəif” və ya “kafirliyə meyilli” kimi anlaşılırdı.
2. İbn Sina – Filosof, Həkim və Rəsmi Şəkildə Kafir Elan Edilən
Doğulduğu yer: Afşana (Buxara yaxınlığı, Samanilər dövləti)
İbn Sina-nın fəlsəfi baxışları İslamın əsas inanclarına zidd idi.
Qurana və Məhəmmədin dediklərinə ziddiyyətlər:
1. Aləmin əzəli olması: Quranda “Allah hər şeyi yoxdan yaratdı” (əl-Bəqərə, 117) deyilsə də, İbn Sina kainatın həmişə mövcud olduğunu müdafiə edirdi.
2. Peyğəmbərlik anlayışı: Quranda peyğəmbərlik fövqəltəbii hadisə kimi təqdim olunur, amma İbn Sina bunu yüksək zəkaya və təxəyyülə malik insanların təbii qabiliyyəti kimi izah edirdi.
3. Axirət inancı: Quranda cismani dirilmə əsas inanclardandır, amma İbn Sina ruhun mövcudluğunu qəbul etsə də, cismani dirilişi inkar edirdi.
Kafir damğası: İmam Qəzali “Təhafütül-Fəlasifə” əsərində bu üç məsələyə görə İbn Sina və Fərabini açıq şəkildə kafir elan etdi. Qəzali yazırdı ki, bu fikirləri müdafiə edən şəxsin İslamla əlaqəsi yoxdur.
Sorğulamaq