Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi Bu gün, 11:11 Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.Qaynarinfo xəbər xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli Mehriban Arif qızı.Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm". Facebook-da paylaş