İsveçdə kiçik modul reaktorlar tikiləcək

Bu gün, 10:24           
İsveçdə kiçik modul reaktorlar tikiləcək
İsveçin Varov yarımadasındakı “Rinqhals” AES-in ərazisində yeni kiçik modul reaktorlar tikiləcək.

“Report” xəbər verir ki, bu barədə Krallığın Baş naziri Ulf Kristersson İsveç hökumətinin yutub kanalında yayımlanan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, layihəni İsveçin “Vattenfall” şirkəti ABŞ-nin “GE Vernova” və Böyük Britaniyanın “Rolls-Royce” şirkətləri ilə birgə həyata keçirəcək.

“50 ildə ilk dəfə İsveçdə yeni nüvə enerjisi olacaq. Burada, İsveçin cənubunda, o enerjiyə ən çox ehtiyac duyulan yerdə, İsveç nüvə enerjisinin uzun illər uğurla fəaliyyət göstərdiyi Rinqhalsda”, - Kristersson bildirib.

“Vattenfall” “GE Vernova”dan 5 kiçik modul reaktor və ya üç “Rolls-Royce” reaktoru ilə layihə planlaşdırır. Reaktorların ümumi gücü təxminən 1 500 MVt olacaq. Şirkətin baş direktoru Anna Borqun bildirdiyinə görə, “Vattenfall” ilk reaktoru 2035-ci ilə qədər işə salmağı hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru