Netanyahu ordunun Qəzza şəhəri üzərində nəzarət planlarını təsdiqlədi
Bu gün, 09:54
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhəri üzərində nəzarəti bərqərar etmək və HƏMAS-a son zərbəni vurmaqla bağlı İsrail ordusunun planlarını təsdiqləyib. Bu barədə İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib. “Netanyahu İsrail ordusunun Qəzza şəhəri üzərində nəzarətin qurulması və HƏMAS terror təşkilatının son məğlubiyyəti ilə bağlı planlarını təsdiqləyib”, - deyə o bildirib.