Cəlilabadda arxeoloji abidənin zəbt edildiyi iddia olunur VİDEO
Bu gün, 10:58
Cəlilabad rayonunda yerləşən arxeoloji abidənin zəbt olunması ilə bağlı iddia irəli sürülüb.
Şikayətçi Rauf Əbilov bildirib ki, həmin şəxs 4-5 ildir bu ərazinin ona məxsus olduğunu deyir:
"O deyir ki, bu torpaq qanuni sənədlə onun pay torpağıdır, çıxarışı var. Biz isə onun istifadəsinə icazə vermirik. Həmin şəxs hazırda Bakıda yaşayır. Kənddən beş nəfəri məhkəməyə verərək bizə 50 min manat təzminat yazdırdı, lakin məhkəmə bu təzminatı ləğv etdi".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli açıqlama verib.
Onun sözlərinə görə, Cəlilabad rayonunun Moranlı kəndi ərazisində yerləşən "Cinli təpə" yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.
Məlum olub ki, torpaq islahatı zamanı arxeoloji abidənin ərazisi pay torpağı kimi kənd sakininə verilib.
Tarixi abidənin ərazisində yerləşdirilən məlumat lövhəsinə dəfələrlə müdaxilə olunaraq sökülüb.