Xəzər rayonunda yolda təhlükəli vəziyyət:Hər an faciə baş verə bilər-Videofakt
Bu gün, 11:18
Xəzər rayonu Binə qəsəbəsində avtomobil yolunda dirək aşarsa ya məhlədəki sakinlərə, ya da yoldan keçən insanlara xəsarət yetirəcək.
XALQ xəbər verir ki, Bakı şəhərində əsən güclü külək nəticəsində avtomobillərədə təhülkəli vəziyyətlə üzləşib.
Belə ki, Xəzər rayonu Əli İsazədə küçəsində işıq dirəyi aşmaq üzrədir. Sürücülər bildirir ki, bu əsas yoldur digər heç bir yol yoxdur, bizdə məcburuq bu təhlükəli vəziyyətdə olan yoldan istifadə edək.
Hər an faciə baş verə bilər. Aidiyyatı qurumlara məlumat verilsədə heç bir tədbir görülməyib deyə sürücülər bildiriblər.
Məsələ diqqətimizdədir. İnanırıq ki, qısa müddətdə heç bir faciə baş verməmiş işıq dirəyi düzələcək.