Putin müharibəyə şəxsən rəhbərlik edir: narazılıq var

31-08-2022, 09:55           
Putin müharibəyə şəxsən rəhbərlik edir: narazılıq var
Rusiya lideri Putin Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibəyə vaxtaşırı olaraq rəhbərliyi öz üzərinə götürür. Bu addım onun açıq şəkildə hərbçilərdən narazı olduğunu göstərir. Həmçinin, orduya komandanlıq edən generalların da tez-tez dəyişməsi buna dair sübutlardan biridir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı təhlükəsizlik üzrə ekspert İvan Varçenko deyib.

O bildirib ki, aprel ayında Rusiyanın Ukraynada uğursuzluqlarından sonra ilk dəfə Putin aktiv şəkildə orduya komandanlıq etməyə başladı:

“Məlum məsələdir ki, hərbçilər öz peşələrinə bu cür mülki şəxsin kobud şəkildə müdaxilə etməsinə qısqanclıq edir. Məhz bundan irəli gəlir ki, onlar daha peşəkar iş görmək istəmir. Çünki başa düşürlər ki, indi siyasətçilər peşəkarlardan və hərbçilərdən daha güclüdür”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru