Avrozonada inflyasiya rekord həddə çata bilər

1-09-2022, 08:08           
Avrozonada inflyasiya rekord həddə çata bilər
Avrozonada istehlak qiymətlərinin artımı indeksi rekord həddə çata bilər. 2022-ci ilin avqustunda 2021-ci ilin avqustu ilə müqayisədə inflyasiyanın rekord 9,1% təşkil edə biləcəyi qeyd edilir.

Bununla bağlı ilkin hesablamalar avqustun 31-də “Eurostat”da dərc edilib.

Bildirilir ki, iyulda bu göstərici 8,9% olub ki, bu da tarixi maksimumdur.

Kateqoriyalar üzrə qiymətlər daha çox enerji daşıyıcıları (38,3% - lakin 39,6% olan iyul göstəricisindən azdır), ərzaq, alkoqol və tütün (10,6%) məhsulları üzrə bahalaşıb.

Xatırladaq ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Avstriya, Portuqaliya, Slovakiya, Sloveniya və Finlandiya daxildir. (Mənbə: Yevropeyskaya pravda)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru