"Evlərini yandırın!" - Ramzan Kadırovdan qorxunc göstəriş

12-05-2016, 23:32           
"Evlərini yandırın!" - Ramzan Kadırovdan qorxunc göstəriş
Çeçenistan rəhbəri Ramzan Kadırovun verdiyi göstəriş yenidən dünyanın gündəmindədir.

Ramzan Kadırovun əmri ilə 9 may günü Qroznuda terror aktı törətmiş terrorçuların ailələrinin evləri yandırılıb.

Rusiya KİV-lərinin məlumatına görə, terror aktını törədən Şamil Canaraliyev və Əhməd İnalovun Qroznu yaxınlığındakı qəsəbədə yerləşən evləri qəflətən yandırılıb.

Evlərdə heç kəsin olmadığı bildirilir.

Xatırladırıq ki, Ramzan Kadırov keçən il Qroznu mətbuat evinə hücum etmiş terrorçuların kimliyi bəlli olandan sonra onların ailə üzvlərini Çeçenistandan qoşmuş, evlərini isə yandırtmışdı.(Ölkə.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru