“Avropa diplomatiyası ölüb” - Avstriya XİN eks-başçısı

9-09-2022, 08:38           
“Avropa diplomatiyası ölüb” -
Avropa diplomatiyası ölüb.

Bu fikri Avstriya Xarici İşlər Nazirliyinin eks-başçısı Karin Knaysel sentyabrın 8-də Uzaq Şərq federal universitetinin tələbələri ilə Şərq iqtisadi forumu çərçivsində ünsiyyəti zamanı səsləndirib.

«Mən, hesab etmirəm ki, hansısa böyük sui-qəsd var. Biz, böyük nisbətdə, ağılın tam itirilməsini, yüksək diplomatiya incəsənətinin itirilməsini görürük. O diplomatiyanın ki, müəyyən fəaliyyətin nəticələrini anlayırdı, o, daha yoxdur. Sərt deyəcəm: ağılın pandemiyası yetişib».

Avstriya XİN eks-başçısı özünün karyerasının mərhələlərini ona görə xatırladıb ki, qərb diplomatiyasının deqradasiyasının dinamikasını göstərsin: «Mən, öz fəaliyyətimi Avstriya XİN-də başlamışam, amma sonra getmişəm və iyirmi il analitik kimi işləmişəm. Belə alınıb ki, mən, diplomatiyaya qayıtmışam və onun mətbəxinə daxil olarkən, anlamışam ki, 20 il ərzində, mənim olmadığım müddətdə Avropa diplomatiyasının tam dağılması baş verib. İnsanlar öz telefonlarında konsentrasiya olunurlar. Bu, mənim Brüsseldə gördüyümdür. Onlar dialoq aparmırlar».

Karin Knayselin fikrincə, bu gün diplomatiyaya istedadsız adamlar gəliblər.

«Bizdə çoxlu politoloqlar var ki, ideologiyaya çox güclü konsentrasiya edirlər, sağlam düşüncəyə yox. Bu gün yeganə şey lazımdır - diplomatiyaya istedadlı adamları cəlb etmək».

Keçmiş XİN başçısının fikrincə istənilən şəraitdə diplomatiyaya dialoq lazımdır. «Mənim üçün parlaq nümunədir - Moskva və Ankaranın diplomatiyası necə işləyir. Biz, Rusiya səfirinin 2016-cı ildəki faciəli ölümünü xatırlayırıq. Bu zaman ruslar türklərlə münasibəti pisləşdirmədilər. Əgər bu, Avstriyada baş vermiş olsaydı, nəticəsi xeyli sərt olardı» - Knaysel hesab edir.

O, deyib: «Diplomatiya ölüb. O, əzabla və uzun zamanla ölüb. Amma bu il onu tamamilə dəfn etdilər».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru