Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemləri aldı - Zelenski açıqladı

26-09-2022, 00:16           
Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemləri aldı - Zelenski açıqladı
Ukrayna ABŞ-ın NASAMS hava hücumundan müdafiə sistemlərini alıb.

Bizim.Media xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski CBS telekanalına müsahibəsində danışıb.

“Bizə ABŞ-ın liderlik nümayiş etdirməsi və hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməsi tamamilə lazım idi. Artıq təsdiqlənmiş müsbət qərara görə prezident Baydenə və Konqresə təşəkkür etmək istəyirəm. Biz NASAMS aldıq”, - deyə Zelenski bildirib.

Bununla belə, Ukrayna prezidenti vurğulayıb ki, bu sistemlərin sayı mülki infrastrukturu və yaşayış binalarını Rusiyanın zərbələrindən qorumaq üçün kifayət etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru