“Nüvə silahından istifadə edəcəyi təqdirdə Putini öldürməklə hədələyiblər” - Piontkovski

26-09-2022, 09:20           
“Nüvə silahından istifadə edəcəyi təqdirdə Putini öldürməklə hədələyiblər” - Piontkovski
Qərbdə Rusiya Prezidenti Vladimir Putinə bəyan ediblər ki, nüvə silahının tətbiqi halında ona və Rusiyaya öldürücü zərbə vuracaqlar.

Bu barədə politoloq Andrey Piontkovski «Esperecco»nun efirindən xəbər verib («UNİAN»).

“Putin 15 ildir nüvə şantajını uğurla istifadə edib. Bunun sayəsində Ukrayna və Gürcüstan 2008-ci ildə və sonra NATO-ya qəbul olunmayıb. Bu səbəblə Gürcüstandakı müharibəyə, Krımın ilhaqına heç bir reaksiya verilməyib və s.” - o, qeyd edib.

Politoloq hesab edir ki, nəhayət, Qərb, bu şantaj qarşısında öz qorxusuna qalib gəlib və taktiki nüvə silahı sistemi yaradıb.

«Putinə bütün səviyyələrdə, şəxsən Baydendən başqa, bu barədə bəyan edilib. Putinə cavab veriblər ki, nüvə silahından istifadə səbəbilə Qərb kapitulyasiya etməyəcək, əksinə, o da taktiki nüvə silahından və digər vasitələrdən istifadə etməyə hazırdır və Rusiyaya, o cümlədən də Putinin özünə öldürücü zərbə endirəcək. Sadə dildə desək, ona deyibər ki, onu öldürəcəklər - o halda ki, əgər nüvə silahından istifadə edərsə. Odur ki, həmin kart artıq vurulub» - Piontkovski fikrini yekunlaşdırıb.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.