Çin və Hindistan Rusiyanı Ukrayna ilə danışıqlara çağırır – Kreml təklənir

26-09-2022, 08:11           
Çin və Hindistan Rusiyanı Ukrayna ilə danışıqlara çağırır –
Moskva Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində təcrid vəziyyətinə düşüb, heç bir böyük dövlət onu dəstəkləməyib. Çin və Hindistan isə Ukraynadakı müharibəni danışıqlar yolu ilə dayandırmağa çağırıblar və ənənəvi müttəfiqlərinə güclü dəstək verməyiblər.

«Quardian» nəşrinin yazdığına görə, Rusiya XİN başçısı Sergey Lavrov BMT Baş Məclisində çıxışı zamanı bəyan edib ki, Qərb ölkələri Rusiyaya qarşı «qrotesk» kampaniyası başlayblar. Hər necədirsə, heç bir böyük dövlət, Çin də daxil olmaqla, Rusiyanı dəstəkləməyib («UNİAN»).

Çinin xarici işlər naziri Van İ Rusiyanı və Ukraynanı böhranın yayılmasına yol verməməyə və inkişaf etməkdə olan ölkələrə təsir göstərməməyə çağırıb.

«Çin Ukrayna böhranının dinc yolla həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. Sülh danışıqlarına dəstək vermək əhəmiyyətli həyati prioritetdir. Həllin fundamental tərəfi bütün tərəflərin təhlükəsizlik problemlərinin qanunauyğun həlli və balanslaşdırılmış effektiv və dayanıqlı təhlükəsizlik apxitekturasıdır» - Van i deyib.

Amerikanın rəsmi şəxsləri ondan ruhlanıblar ki, onların fikrincə, Çin müharibəyə konkret dəstək göstərmir və bəyan ediblər ki, Pekin hərbi texnika göndərmək barədə sifarişi rədd edib, bu da Rusiyanı Şimali Koreyaya və İrana arxalanmağa məcbur edib, necə ki, özünün ehtiyatları azalır.

Çindən fərqli olaraq, Hindistan Birləşmiş Ştatlarla isti münasibətlərə malikdir, amma həm də Rusiya ilə tarixi əlaqələri var, onun müdafiə məhsullarının ənənəvi tədarükçüsüdür.

«Ukraynada münaqişə qaynamaqda davam etdiyinə görə bizdən tez-tez soruşurlar, biz, kimin tərəfindəyik. Hər dəfə bizim cavabımız birbaşa və doğrudur - Hindistan sülhün tərəfindədir və orada möhkəm dayanacaq. Biz, o tərəfdəyik ki, vahid çıxış yolu olan dialoqa və diplomatiyaya çağırır» - Hindistanın xarici işlər naziri deyib.

Rusiya XİN başçısı Sergey Lavrov mətbuat konfransında cavab verməkdən imtina edib ki, Moskvaya Çin tərəfindən hər-hansı təzyiq olubmu? Baş Məclisin tribunasındakı çıxışında o, günahı Qərb ölkələrinin üzərinə yıxmağa çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.