İran kinematoqrafçıları dünya ölkələrindəki həmkarlarına müraciət etdilər

26-09-2022, 11:17           
İran kinematoqrafçıları dünya ölkələrindəki həmkarlarına müraciət etdilər
İran kinematoqrafçıları dünya ölkələrindəki həmkarlarına açıq məktub yazaraq, İran xalqının hüquqlarının müdafiəsində onlara dəstək olmalarını xahiş ediblər. Məktubda qeyd olunur ki, “igid iranlılar artıq bir həftədir ki, despotik qüvvələrin davamlı və qəddar hücumları ilə üzləşərkən “qadın, həyat, azadlıq” şüarları ilə ölkənin hər yerində küçələrə çıxırlar”.

Həmçinin, məktubda bildirilir ki, hökumət “xalqın səsini boğmaq” məqsədilə internetə çıxışı məhdudlaşdırıb.

“Biz dünyanın hər bir kinorejissoruna müraciət edirik. Sizin İran xalqı ilə həmrəyliyiniz bütün dünyada müharibəni qızışdıranlara bir siqnaldır”, - məktubda deyilir.

Məktubu iranlı rəssam Şirin Neşat, aktrisalar Zara Əmir Ebrahimi və Peqa Axanqarani, rejissor Bəhmən Qobadi, Abdolreza Kahani və başqaları imzalayıblar.

Artıq Avropa Kino Akademiyası iranlı kino xadimlərinin müraciətinə cavab verib, etirazçılara tam dəstəyini ifadə edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru