İran prezidentinin müavini: Tehran Bakı ilə əməkdaşlığı gücləndirmək əzmindədir

7-10-2022, 08:06           
İran prezidentinin müavini: Tehran Bakı ilə əməkdaşlığı gücləndirmək əzmindədir
İran, Rusiya və Azərbaycan arasında əməkdaşlıq sənədi birgə əlaqələrin genişləndirilməsində təsirli rol oynayır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentinin birinci müavini Məhəmməd Müxbir deyib.

Moskvada keçirilən Xəzər İqtisadi Forumu çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə M.Müxbir iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

O bildirib ki, Tehran Bakı ilə əməkdaşlığı gücləndirmək əzmindədir. "Hazırda İran və Azərbaycan arasında ticarət mübadiləsinin səviyyəsi iki ölkənin mövcud imkanlarına uyğun deyil.

İran və Azərbaycan arasında mədəni və dini əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafını sürətləndirmək üçün platforma ola bilər və iki ölkənin ticarət əməkdaşlığında arzuladığı məqsəd və nəticələrin əldə olunmasına kömək edə bilər."

M.Müxbir qeyd edib ki, qonşu ölkələrin sərhədləri İran üçün qırmızı xəttdir və bu sərhədlərə təhdidlər qəbul edilməzdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.