Rusiyanın Londondakı səfirliyi məsxərə obyekti olub
17-05-2016, 22:36
BBC Monitoring xəbər verir ki, Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyinin Twitter hesabı (@RussianEmbassy) britaniya.
Buna səbəb səfirliyin öz tvitlərindən birinə əlavə etdiyi şəkildir. Şəkil sözündə deyilir ki, Hələb yaxınlığındakı ekstremistlər üçün bir neçə yük maşınında kimyəvi silah gətirilib. Məsələ burasındadır ki, sözü gedən şəklin “Command & Conquer” kompüter oyunundan götürüldüyü bəlli olub.
Bundan sonra bir çox istifadəçilər səfirliyin hesabını başqa kompüter oyunlarındakı məzəli görüntülərlə troll yağışına tutublar. Məsələn, İtaliya ekstremistləri məsum vətəndaşlara hücum edirlər postuna “Super Mario” oyunundan şəkillər əlavə olunub.
Bu post 1000 dəfədən çox retvit edilib və elə bu qədər istifadəçi tərəfindən bəyənilib. Halbuki adətən səfirliyin tvitləri bir neçə dəfədən artıq təkrar tvit edilmirdi. Bu tvitin 19 min 200 izləyicisi vardı və twitteraudit.com saytı onların 78 faizinin saxta olmadığını aşkar edib.
“Yalnız illüstrasiya məqsədi ilə”
Sözü gedən hesab və onun dəstəkçiləri az sonra trollamaya cavab olaraq bildiriblər ki, hay-küyə səbəb olmuş şəkil yalnız “illüstrasiya məqsədilə” əlavə olunub. Amma belə izahat çoxlarını qane etməyib.
@xDatajackx adlı istifadəçi “Command and Conquer” video oyununun yayımçısı olan Electronic Arts Games şirkətinin vise-prezidenti Peter Moore-un tvitinə istinad edib: “Command and Conquer” komandasının adından bu “ekstremist” fotosu üçün müəlliflik haqqı tələb edirəm”.
Çox ciddi mesajlara kompüter oyunlarından götürülümüş şəkilləri qoşmaq qəribə görünə bilər, amma sözü gedən hesab buna tez-tez əl atır.
Bu hesabdan göndərilən şəkillərin əksəriyyəti diplomatik missiyaya yaraşmır. Məsələn, göz oxşayan təbiət mənzərələrinə və ya balaca heyvanların şəkillərinə əlavə edilmiş “Sabahınız xeyir” mesajı, balet və başqa mədəniyyət hadisələrindən şəkillər və hərbi qüdrəti göstərən yeni silahların fotoları kimi.
Qərbin tənqidi üçün emosional şəkillər
Bəzən bu sahədə çox bayağı vasitələrə də əl atılır. Maraqlıdır ki, ən emosional şəkillər Britaniya və Qərb hökumətlərini tənqid edən qeydlərlə müşayiət olunur.
Məsələn, elə həmin gün bu hesabdan səfir Aleksandr Yakovenkonun Rusiyanın nasizmlə mübarizə əzmində olduğunu bildirən məqaləsinə link verilmişdi, lakin tvitə nasist formasındakı zombi meyitlərinin müdhiş şəkli qoşulmuşdu.
TWİTTER RUSSİANEMBASSY
Mayın 5-də göndərilmiş tvitdə az qala kameranın içinə girən əleyqazlı başın ağ-qara fotosu verilmişdi. Arxada bükülü qalan bir-iki adam da vardı. Tvitdə deyilirdi: “Rus BMT səfiri: Qərb Suriyada kimyəvi silahların istehsalı və ondan istifadənin qarşısının alınmasına yönəlmiş Rus-Çin təşəbbüsünə mane olur”.
Aprelin 18-də tvitlənmiş şəkildə qaytanla bağlanmış qol və ona sancılmış şpris təsvir olunmuşdu. Onun yanında çətənənin leqallaşdırılmasına çağıran sözlər vardı. Tvitdə deyilirdi: “BMT səfiri Çurkin: BMT narkotiklərdən istifadənin “həyat tərzinə” çevrilməsinin qarşısını almalıdır. Bu nədir, romasayağı tənəzzül?” – deyə sual olunurdu.
11 mart tarixli tvitdə qırmızıya boyanmış şəkildə əllərində məşəl tutan adamlar əks olunmuşdu. Şəklin yanındakı tvitdə isə deyilirdi: “Britaniya Xarici İşlər Nazirliyinin (@foreignoffice) Ukraynadakı Rusiya diplomatik missiyasına basqını pisləməməsi müəmmalıdır”.
Hammond-u Suriya sorğu-sualına çəkmək
Bu hesab həm də birbaşa Britaniya rəsmilərini, özü də çox qeyri-diplomatik bir şəkildə hədəfləyir. Məsələn bu hesab son üç ayda Britaniyanın xarici işlər naziri Philip Hammond-un Twitter hesabına 10 dəfə müraciət edib. Tvitlər əsas etibarilə naziri Suriya məsələsində sorğu-suala çəkirdi.
Hammond fevralın 26-da Suriyada atəşkəs barədə elanı yayarkən yazmışdı ki, indi bütün dünya prezident Bəşər əl-Əsədə və onun Rusiya dəstəkçilərinə göz qoyacaq. Həmin hesab Hammonda George Orwell-in “Heyvan ferması” əsərindən iqtibas gətirməklə müraciət edib: “Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər”. Tvit müəllifləri işarə vururdular ki, nazir “Qərbin dəstəklədiyi müxalifətin” adını çəkməyib.
Rusiyanın Xarici İşlər Nazirliyi də başqa Rusiya səfirlikləri kimi Twitterdəki zarafatcıllığı ilə məşhurdur. Rusiya qırıcıları ötən apreldə Baltik dənizində ABŞ-ın hərbi gəmisinin bir neçə metrliyində qıy vurandan bir neçə gün sonra @RusEmbUSA belə bir post etmişdi: “Rusiya qırıcılarını görəndə sakit olun, bu mahir pilotlar uçmağı bacarırlar. Əcəb nömrədir!”
Ötən il isə Rusiyanın Birləmiş Ərəb Əmirliklərindəki səfirliyinin @RusEmbassyUAE hesabından “tapmaca şəkil” post edilmiş və belə bir rica olunmuşdu: “Düzgün olan Suriya qiyamçı qrupunu silahlandırın”.
Material BBC Monitoring Xidməti tərəfindən hazırlanıb.