Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər ölüb

31-10-2022, 07:47           
Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər ölüb
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şəhərin ən böyük stadionda keçirilən konsertdə izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy bildirib.

“Əldə etdiyimiz məlumata görə, baş verənlərə görə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub”, - nazir qeyd edib.

O, cinayətkarların tapılaraq cəzalandırılacağını vurğulayıb. Rəsmilər daha əvvəl səkkiz nəfərin öldüyünü bildirmişdilər.

Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertində izdiham yaranıb. 80 min nəfər üçün nəzərdə tutulmuş stadionda bütün oturacaqlar dolub, eyni zamanda tamaşaçılar dəhlizlərə də toplanıb. Nəticədə səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və nəticədə izdiham yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru