İran və Rusiya arasında razılıq əldə olunub.

31-10-2022, 07:53           
İran və Rusiya arasında razılıq əldə olunub.
İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub. APA- nın məlumatına görə, bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.

O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq bildirib ki, 2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır".

İbrahiminin sözlərinə görə, İran və Rusiya arasında razılaşmaya əsasən, iqtisadi, ticarət və sənaye sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın səviyyəsini artırmaq üçün iki ölkə arasında müştərək azad iqtisadi zona və ya müştərək investisiya zonası yaradılacaq.

Bu zonada logistika, nəqliyyat qovşaqları, bank, maliyyə və beynəlxalq birja institutları inkişaf etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru