Bayden yenə çaşdı- Ukrayna ilə İraqı səhv saldı

2-11-2022, 08:08           
Bayden yenə çaşdı- Ukrayna ilə İraqı səhv saldı
ABŞ prezidenti Co Bayden çıxışlarında tez-tez ciddi səhvlərə yol verir.

Bayden bu dəfə Ukraynanı İraqla qarışdırıb. "İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neft üçün nəticələrə görə inflyasiya indi dünya problemidir",- deyə ABŞ prezidentiFloridada çıxışında bildirib. Daha sonra o, "Bağışlayın, Ukraynadakı müharibə", - deyərək səhvini düzəldib.

Onun sözlərinə görə, oğlu İraqda öldüyü üçün daim o ölkəni düşünür.

Qeyd edək ki, onun böyük oğlu Beau Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edbi. Prezident daha əvvəl etiraf etmişdi ki, oğlunun xərçəng xəstəliyinə səbəb ABŞ-ın hərbi obyektlərində, o cümlədən İraqda tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrin təsiri ola bilər.

Eyni çıxışı zamanı Bayden səhvən Florida ştatını vuran son İan qasırğasını da İvan adlandırıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru