Almaniya və Yaponiya Ukrayna ilə bağlı razılaşdı

2-11-2022, 10:18           
Almaniya və Yaponiya Ukrayna ilə bağlı razılaşdı
Yaponiyanın Baş naziri Fumio Kişida və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya dəstəyi davam etdirmək barədə razılaşıblar. Bundan əlavə, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi barədə də ortaq məxrəcə gəliblər.

Teleqraf.com xəbər verir ki, iki ölkənin liderləri Almaniya Prezidentinin Tokioya rəsmi səfəri çərçivəsində görüşüblər.

Görüş zamanı tərəflər Rusiyanın Ukraynaya davam edən təcavüzü və nüvə silahının tətbiqi barədə təhdiddən narahatlıqlarını ifadə ediblər. Təcavüzün qarşısının alınması məqsədilə Rusiyaya qarşı sanksiyaların davam etdirməsinin zəruriliyi qeyd edilib.

Liderlərin Avropa və Asiyada qarşılıqlı təhlükəsizlizlik barədə razılığa gəldikləri də vurğulanır. Həmçinin tərəflərin azad və açıq Hind-Sakit okean regionunun formalaşması barədə əməkdaşlığı fəallaşdıracaqları qeyd edilir.

Görüş zamanı liderlərin beynəlxalq cəmiyyət qarşısında duran problemlərin həlli məqsədilə G7 çərçivəsində birgə çalışmaq barədə razılıq əldə etdiyi də bildirilir.

Xatırladaq ki, Almaniya cari ildə, Yaponiya isə gələn ildən G7-ni qəbul edən ölkələr olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru