Yaponiya müdafiəyə 290 milyard dollardan çox vəsait xərcləyəcək

28-11-2022, 11:14           
Yaponiya müdafiəyə 290 milyard dollardan çox vəsait xərcləyəcək
Yaponiya hökuməti qarşıdakı 5 il ərzində ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 40 trilyon yendən yuxarı (290 milyard dollardan çox) vəsait xərcləməyi planlaşdırır.


Məlmata görə, hazırda müvafiq plan nəzərdən keçirilir. Yaponiya hakimiyyəti hər il ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməyi düşünür.

Bildirilir ki, ölkənin Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5,59 trilyon yendən (təxminən 40 milyard dollardan) çox büdcə tələb etməyi planlaşdırır. Bu tələb təsdiqlənərsə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4%-dən çox artacaq. Nəticədə, hərbi ayırmaların yekun həcmi ən azı daha 1 trilyon yen çoxalacaq və 6,5 trilyon yen (45 milyard dollar) həddini keçəcək. Bu vəsaitlərin, xüsusən də, uzaq mənzilli raketlərin, hücum dronlarının və hipersəs sistemlərini ələ keçirə bilən yeni raketdən müdafiə sistemlərinin hazırlanmasına və kütləvi istehsalına yönəldilməsi nəzərdə tutulur.

Mənbə: TASS












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.