Təcili: İŞİD Suriyada Rusiyanın 4 vertolyotunu, 20 yük maşınını yandırdı iddiası - "Stratfor" peyk fotolarını yaydı

25-05-2016, 01:37           

Suriyada Rusiya ordusu tərəfindən istifadə edilən T4 bazasında ötən həftə yanmış 4 vertolyot və 20 yük maşının peyk fotoları dərc olunub.

Avropa.info xəbər verir ki, fotoları ABŞ-ın qlobal kəşfiyyat və araşdırma mərkəzi Stratfor yayıb.

Məlumatda vertolyot və yük maşınlarının İŞİD tərəfindən yandırıldığı qeyd olunur. Statforun məlumatına görə, İŞİD Rusiyanın bazasına hücum edib. Hücum nəticəsində ölü və yaralılar haqqında məlumat verilmir.

Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Stratfor ABŞ kəşfiyyatına yaxın bir təşkilat olaraq tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru