Mixail Saakaşvili Ukraynanı tərk etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Saakaşvilinin özü “Rustavi 2” telekanalına müsahibəsində söyləyib. O, Gürcüstana oktyabrın 8-də keçiriləcək parlament seçkisindən öncə qayıdacağını bildirib:
“Mən Gürcüstana qayıtmaq və siyasi proseslərə aktiv qoşulmaq niyyətindəyəm. Tezliklə Vahid Milli Hərəkat Partiyasında yeni simalar peyda olacaq. Biz artıq onlarla danışıqlar aparırıq”.