Binə qəsəbəsində qaz xətti var, lakin istilik yoxdur

29-11-2024, 16:48           
Binə qəsəbəsində qaz xətti var, lakin istilik yoxdur
Binə qəsəbəsi "Sovxoz sahəsi" adlanan ərazidə yaşayan sakinlərin evlərinə istilik verilmir.

Belə ki, onlara qaz xəttinin çəkiləcəyi vədi verilib və 1 ilə yaxındır ki ərazi qazlaşdırılıb, yenə də evlərdə elektrikli isitmə vasitələrindən istifadə edilir.

Sakinlər bildiriblər ki, təxminən 10 evə sayğac qoyulub və qaz çəkilib. Lakin 120-dən çox ailənin müraciəti nəzərə alınmır.

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ərazidə yerləşən yaşayış massivi 2022-2023-cü illərdə "Azəriqaz" tərəfindən küçə qaz xətləri çəkilərək istismara verilib.

Ərazi üzrə vətəndaşlar fərdi qaydada müraciət edərək ünvanları qazlaşdırılıb.

Qeyd edilən ərazidən qüvvədə olan qazlaşma qaydalarına uyğun hər hansı müraciət olunarsa, qazlaşdırılma həyata keçirilə bilər. Hazırda həmin ərazi üzrə təqribən 50-yə qədər yaşayış evi mövcuddur, həmin ünvanlardan 8 ədədi qazlaşdırılıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru