Gürcüstan prezidenti Avropa səfirləri ilə təcili görüş təyin edib –Bəyanatla çıxış edəcək

29-11-2024, 16:38           
Gürcüstan prezidenti Avropa səfirləri ilə təcili görüş təyin edib –Bəyanatla çıxış edəcək
Baş nazir Avropa İttifaqı ilə danışıqların dayandırıldığını elan etdikdən sonra Gürcüstan prezidenti Salome Zurabişvili diplomatik korpusun nümayəndələri ilə təcili görüş təyin edib.

Azpost.info “Novosti-Georgia” saytına istinadən bildirir ki, görüşün sonunda, yaxın saatlarda Zurabişvili fövqəladə bəyanatla çıxış edəcək.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün bildirib ki, Gürcüstan özü 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.

Hazırda sosial şəbəkələrin gürcü seqmentində baş nazir Kobaxidzenin Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırması barədə bəyanatından sonra bir-birinin ardınca etirazlar elan olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru