ABŞ-da müəllim müsəlman şagirdlərə namaz qılmağa icazə verməyib - FOTO/VİDEO

12-12-2022, 11:54           
ABŞ-da müəllim müsəlman şagirdlərə namaz qılmağa icazə verməyib - FOTO/VİDEO
ABŞ-da müsəlman şagirdlərin namaz qılmasına mane olan müəllim ibadəti cadugərlik hesab etdiyi üçün məktəbdən qovulub.

Məlumata görə, Floridada məktəbin müsəlman olan 3 şagirdi yerdə namaz qılıb və Quran oxuyub. Bu, müəllimlərdən birinin xoşuna gəlməyib. O, uşaqları cadugərliklə məşğul olmaqda ittiham edib. Sonra qadın şagirlərin diqqətini yayındırmaq üçün fit çalıb, daha sonra onlara yaxınlaşaraq üzərilərindən adlayıb. O, hərəkətlərini İsaya inanması ilə izah edib. Məhz buna görə də baş verənlərə müdaxilə etməli olub.

Hadisə barədə məktəb rəhbərliyinə məlumat verilib. Şagirdlərə qarşı ayrıseçkilik etdiyi üçün müəllimin işdən çıxarılması qərara alınıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru