Krım Kiyevin nəzarətinə keçəcək və... - Amerikalı generaldan PROQNOZ

13-12-2022, 11:38           
Krım Kiyevin nəzarətinə keçəcək və... -
"Ukrayna ordusu fevral ayına qədər müvəqqəti işğal olunmuş ərazilərdəki Rusiya qərargahına hücum edəcək. Gələcəkdə ora Krımın rus işğalçılarından azad edilməsi üçün bazaya çevriləcək".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hoces "Tvitter"də yazıb.

“Ukrayna Baş Qərargahı qarşıdakı bir neçə həftə ərzində Rusiyanın qərargahlarına və rabitə xətlərinə (arxa dəstək) zərbələr endirməyə davam edəcək”, - o qeyd edib.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları fevral ayına qədər davam edəcək və bu, Krım yarımadasının azad edilməsinə şərait yaradacaq. Eyni zamanda, amerikalı general avqusta qədər yarımadanın Kiyevin nəzarətinə qaytarılmasını gözlədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru