Dünyada İLK DƏFƏ: Siqaret tamamən qadağan olundu

13-12-2022, 19:36           
Dünyada İLK DƏFƏ:
Yeni Zelandiyada gələcək nəsillər üçün siqaret çəkmək qadağan edilib.

Teref.az xəbər verir ki, hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur.

Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.

Yeni Zelandiya Səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulayıb:

“Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin müalicəsinə ehtiyac qalmayacaq”.

Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.

Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin sayı əhalinin 18 faizini təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə qədər azalıb.

Nazirliyin daha əvvəlki açıqlamasında yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.//Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru