Moldovada dövlət dili dəyişdiriləcək

18-12-2022, 10:47           
Moldovada dövlət dili dəyişdiriləcək
Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası qanunlardakı dövlət dilinin adını Moldova dilindən tamamilə eyni olan rumın dilinə dəyişəcək.

Bunu şənbə günü “Moldova-1” telekanalına müsahibəsində partiya sədri İqor Qrosu deyib.

“"Hazırda belə müzakirələr gedir, amma bu ilin sonuna qədər vaxtımız olmayacaq. Üstəlik, belə mühüm və simvolik qərarın qəbul edilməsi hansısa vacib hadisə ilə üst-üstə düşməlidir”, - deyə o bildirib.

Eyni zamanda, o, bir sıra hüquqşünasların konstitusiya çoxluğu olmadan əsas qanuna dəyişiklik edilməsinin mümkünlüyü ilə bağlı fikirləri ilə razılaşmayıb.

Qeyd edək ki, Moldovada dilin adı ilə bağlı mübahisələr 1989-cu ildən səngimir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru