Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atdı
18-12-2022, 10:41
Şimali Koreya bazar günü Yapon dənizi istiqamətində ballistik raket atıb.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Raketin düşdüyü yer barədə dəqiq rəsmi məlumat verilmir. Yaponiya mühafizə gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırır.